Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa hökuməti: Ölkədə enerji sektorunda vəziyyət gərgindir

Fransa hökuməti: Ölkədə enerji sektorunda vəziyyət gərgindir

Tarix: 29 Iyul 2022 23:46

Fransa hökumətinin rəsmi nümayəndəsi Olivye Veran enerji sektorundakı gərgin vəziyyətə qarşı görülən tədbirləri açıqlayıb.

Sonxeber.net "report"a istinadən bildirir ki, O.Veran Parisdə keçirdiyi brifinqdə Fransanın görünməmiş enerji gərginliyi ilə üzləşdiyini söyləyib.

Onun sözlərinə görə, bunun səbəbi Rusiya qazının tədarükünün azalması və tətbiq edilən sanksiyalarla bağlıdır.

Bundan başqa, AES-lərdə təmir işlərinin də yaratdığı çətinliklər var.

"Hökumət təbii ki, xəbərdaredici tədbirlər görür və enerji təchizatımızı mümkün qədər təmin etmək üçün əlində olan bütün rıçaqları işə salır", - rəsmi nümayəndə bildirib.

Tədbirlərə dəniz terminallarının LNG qəbul etmək qabiliyyətinin artırılması və Havr yaxınlığında qaz tankerləri üçün yeni terminalın tikintisi daxildir. Söhbət, həmçinin Rusiyadan asılılığı azaltmaq üçün qaz və neft təchizatı mənbələrinin şaxələndirilməsindən gedir. Bununla yanaşı, qaz anbarlarının sürətləndirilmiş qaydada və tam şəkildə doldurulması nəzərdə tutulur.


Etiketlər:  Fransa hökuməti Ölkədə enerji sektorunda vəziyyət gərgindir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ