Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2022 11:12
Müharibə öncəsi 100 zabitlə əyləncə təşkil edən erməni polkovnik həbs edilib
Ermənistanın Müdafiə Nazirliyinin polkovniki S.A həbs edilib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, məlumata görə, o, 2020-ci ildə işğal altında olan ərazilərdə müdafiə bölmələrindən birinin komandiri olub.
Təhqiqat zamanı müəyyən edilib ki, 2019-cu ilin noyabr ayından 2020-ci il noyabrın 4-dək orduda yüksək rütbəli vəzifə tutan polkovnik S.A-nın nizamnamə və qaydaları pozması müəyyən edilib. Belə ki, o, 2020-ci ilin sentyabrında 100-ə yaxın zabitin iştirakı ilə əyləncə, ziyafət təşkil edib.
Eyni zamanda qeyd edilir ki, məhz onun fəaliyyətsizliyi səbəbindən əsgərlər ikinci Qarabağ müharibəsi zamanı döyüş mövqelərindən qaçıb.
Polkovnik S.A. "döyüş növbətçiliyi qaydalarını pozma" və digər maddələrlə ittiham olunur.
Hazırda təhqiqat davam edir.