Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda qayda pozan sürücü cəzalandı - YENİLƏNİB - FOTO

Bakıda qayda pozan sürücü cəzalandı - YENİLƏNİB - FOTO

Tarix: 2 Avqust 2022 10:44

DİN olaya operativ reaksiya verib. 

Milli.Az bildirir ki, qanunu pozan sürücü ilə bağlı protokol tətbiq olunub, avtomobil keçiddən uzaqlaşdırılıb.

09:25

"Yaxşı edirəm, satıram və maşını da burada saxlamışam. Mənlik deyil, bu yeri mənə rəis verib. Gedin, ondan soruşun".

Milli.Az bildirir ki, Bakının Nərimanov rayonunda, Əliyar Əliyev küçəsində piyada keçidinin üzərində AZ 10 SE 871 dövlət nömrə nişanlı QAZel markalı yük avtomobilini saxlayaraq qarpız satan şəxs belə deyib.

Bakı Modern Təhsil Kompleksinin qarşısında avtomobilini "stansionar" ticarət məkanına çevirmiş bu şəxs yaxınlıqda yaşayan sakinlərin həyatı ilə təhlükəsizliyinə real təhdid yaradıb.

Çünki piyada keçidindən istifadə edə bilməyən sakinlər yolu nəqliyyatın intensiv olduğu müxtəlif yerlərdən keçmək məcburiyyətində qalıblar.

Bundan başqa, "rəisin yeri" səbəbindən həmin küçə ilə hərəkət edən 24 saylı marşrut avtobusu dayanacada dayana bilmir, yerli sakinlər də məcbur qalaraq böyük məsafə qət edərək növbəti dayanacağa getməli olurlar.

Üstəlik, "rəis verən yer"in ətrafındakı natəmizlik, antisanitar vəziyyət, ətrafa saçılan üfunət qoxusu bir ayrı məqamdır.

Maraqlıdır, Nərimanov rayonunda qarpız sataraq qanunları eyninə almayan şəxsə hamilik edən "rəis" kimdir və Daxili İşlər Nazirliyi həftələrdən bəri davam edən qanunsuzluqdan xəbərdardırmı?

Milli.Az


Etiketlər:  Bakıda qayda pozan sürücü cəzalandı YENİLƏNİB FOTO


RƏYLƏR