Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Peşman olmaqdan qorxurdum” - 700 bal toplayan Nigar

“Peşman olmaqdan qorxurdum” - 700 bal toplayan Nigar

Tarix: 3 Avqust 2022 21:38

İmtahanlarda 700 bal topladığıma görə çox sevinirəm. Bunun üçün ilk növbədə müəllimlərimə, valideynlərimə, mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu müsahibəsində IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərərək 700 bal toplayan 125 nömrəli tam orta məktəbin məzunu Nigar Ağazadə söyləyib.

"Ali məktəbə qəbul imtahanlarının birinci cəhdində 697 bal yığmışdım, 700 bal üçün cəmi 3 bal çatmırdı və bu məni çox məyus etmişdi. İkinci dəfə imtahanda iştirak etməkdə çox tərəddüd edirdim. Müəllimlərim və ailə üzvlərim arasında ikinci dəfə imtahanda iştirak etməyimə razı olanlar və olmayanlar da var idi. Ən çox peşman olmaqdan qorxurdum. Buna baxmayaraq ikinci dəfə şansımı sınamaq qərarına gəldim və imtahanda iştirak edərək maksimum nəticəni göstərdim".

Nigar Ağazadə qeyd edib ki, imtahanların cavabını çox həyəcanla gözləyirdi:

"Ali məktəblərə qəbul imtahanlarına iki il hazırlaşdım. Əvvəlcə birinci ixtisas qrupu üzrə hazırlaşırdım. Lakin X sinfin sonunda fikrimi dəyişərək IV ixtisas qrupu üzrə imtahan verməyi qərara aldım. Ona görə də qarşımda olan bir ili, yəni XI sinifdə təhsil alarkən çox gərgin və məsuliyyətlə çalışdım. Zəhmətimin bəhrəsini görmək məni çox sevindirir. Bu uğuruma görə xüsusən müəllimlərimə, mənə dəstək olan valideynlərimə böyük təşəkkür edirəm. Müəllimlərimin mənə verdikləri təhsilin qarşısında bu uğuru qazandığım üçün çox sevincliyəm".

Qeyd edək ki, Nigar Ağazadə məktəblərə imtahanlarda hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

Milli.Az


Etiketlər:  Peşman olmaqdan qorxurdum 700 bal toplayan Nigar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ