Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çerçesov oyundan sonra Qurban Qurbanova nə deyib? - Açıqlama

Çerçesov oyundan sonra Qurban Qurbanova nə deyib? - Açıqlama

Tarix: 3 Avqust 2022 23:34

UEFA Çempionlar Liqasında baş tutan "Qarabağ" - "Ferensvaroş" oyunundan sonra Macarıstan klubunun baş məşqçisi Stanislav Çerçesovla ağdamlıların çalışdırıcısı Qurban Qurbanov arasında kiçik dialoq yaşanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov həmin anlar barədə danışıb:

"Çerçesov mənə dedi ki, Kvabena Ovusu epizodların birində topu bizə qaytarmalı olduğu halda qapıya vurdu. Ona bildirdim ki, narahat olmasın qol olsaydı, biz də qol buraxardıq. Beləcə məsələ həll oldu".

Milli.Az


Etiketlər:  Çerçesov oyundan sonra Qurban Qurbanova deyib Açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ