Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2022 19:40
Azərbaycan Ordusu Qarabağda separatçı-terrorçulara qarşı "Qisas" əməliyyatı keçirdikdən sonra Ermənistanın Tavuş vilayətindəki əhali təşvişə düşüb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Tavuşun Berd rayonunda və sərhəddə yerləşən digər ərazilərdəki erməni əhali köçmək barədə düşünürlər.
"Əhali bütün ssenarilərə hazırlaşır, dünən gecədən başlayaraq yanacaqdoldurma məntəqələrində növbələr yaranıb", - "Hraparak" nəşri yazır.
Erməni əhali Azərbaycan ordusunun Qazaxın 7 rayonunun azad edilməsi istiqamətində hərəkətə keçməsindən qorxurlar.