Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özbəkistan Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib

Özbəkistan Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib

Tarix: 5 Avqust 2022 20:06

Özbəkistan XİN Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı bəyanat yayıb.

Sonxeber.net bildirir ki, bəyanatda deyilir: "Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi 2022-ci il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu qətiyyətlə pisləyir.

Biz diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı hərəkəti qətiyyən yolverilməz hesab edirik.

Biz bu hadisənin hərtərəfli araşdırılmasına və bütün əli olanların məsuliyyətə cəlb edilməsinə çağırırıq.

Özbəkistan tərəfi xaricdəki vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində qardaş Azərbaycana dəstəyini ifadə edir".


Etiketlər:  Özbəkistan Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ