Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yağ yanığında ilk yardım - Qəti olmaz!

Yağ yanığında ilk yardım - Qəti olmaz!

Tarix: 6 Avqust 2022 23:03

Qaynar, əridilmiş yağdan yanıq dəridə iz qoyan, epidermisin dərinliyinə kimi gedib dağıcıdı təsir göstərən yanıq travmalarından biridir.

Milli.Az medicina.az-a istinadən qaynar yağdan yanıq zamanı ilkin yardımın mərhələlərini təqdim edir:

-Dəriyə düşdüyü zaman bitki yağı dəri üzərində plyonka kimi örtük yaradır, bu da dərinin soyumasına imkan vermir. Ona görə soyuq suya qaçmazdan əvvəl təmiz salfetlə bu plyonka qat təmizlənməlidir. Yanıq yerini çox sürtmədən salfetlə silin.

-Yaranı soyuq su altında 15 dəqiqə saxlayın. Bu, toxumaları soyudub, qıcıqlanmanı götürəcək

-Əgər dəridə suluq, qabarcıq yaranıbsa, onu deşmək, kəsmək olmaz

-Ağrı zamanı ağrıkəsici dərman için

-Yalnız ilk yardımdan sonra yanıq üçün sprey və ya xüsusi maz istifadə edə bilərsiz.

-Yara dərindirsə elə ilk yardımdan sonra həkimə çatdırılmaq

Qəti olmaz:

-Yanıq izini yağı silmədən dərhal su altında yumaq

-Yanıq əleyhinə sprey, pantenolu soyuq su ilə yumadan öncə vurmaq olmaz

-Yanığın üzərinə sidik, sabun, buz, krem çəkmək olmaz.

Milli.Az


Etiketlər:  Yağ yanığında ilk yardım Qəti olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ