Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Avropa stadionlarından da sosiska iyi gəlir" - Qurban Qurbanov

Tarix: 6 Avqust 2022 23:30

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Macarıstan "Ferentsvaroş"unun futbolçusu Endre Botkanın UEFA Çempionlar Liqasının ilk oyunu zamanı Tofiq Bəhramov adına Respublika stadionuna kabab iyi və tüstüsünün gəlməsi barədə fikirlərinə münasibət bildirib.

Milli.Az "Report"a istinadən bildirir ki, 50 yaşlı mütəxəssis matçın hər iki komanda üçün eyni şərtlər altında keçdiyini söyləyib.

Qurbanov əcnəbilərin Azərbaycan kababından danışmalarını sevindirici hal adlandırıb: "Bilmirəm, Botka bunu hansı mənada deyib. Hava hamımız üçün eynidir. Əksinə, sərin havada oynanılan məşq daha rahat oynanılır. Qaldı ki, onların burnuna Azərbaycan kababının iyinin gəlməsinə sevinirəm. Bizdə kabab iyi gəlirsə, Avropa stadionlarından da sosiska iyi gələ bilər. Biz hamımız azərbaycanlıyıq. Hər bir xalqın öz adət-ənənəsi var. Ümumiyyətlə, əcnəbilər həmişə Azərbaycanda kababdan danışırlar. Kim o kababın dadına baxırsa, arzu edirsə, bir də Azərbaycana gəlmək istəyir. Tüstü 90 dəqiqə olmadı. Sevinirəm ki, bizim kabab haqqında məlumatlanacaqlar ki, dad, ləzzət haradan gəlir".

Milli.Az


Etiketlər:  Avropa stadionlarından da sosiska iyi gəlir Qurban Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ