Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir Məmmədov FİDE-nin vitse-prezidenti seçildi

Mahir Məmmədov FİDE-nin vitse-prezidenti seçildi

Tarix: 7 Avqust 2022 13:00

Hindistanın Çennai şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilir. Ali şahmat qurumunda konqresin son günündə rəhbər vəzifələrə seçkilər başlayıb.

Azərbaycan Şahmat Federasiyasından bildirilib ki, namizədlərin çıxışlarından sonra FİDE prezidentliyinə seçkilər keçirilib. Ən çox səs toplayan FİDE-nin hazırkı prezidenti Arkadi Dvorkoviç 157 səslə seçkidə qalib gəlib və növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri kimi işini davam etdirmək imkanı qazanıb.

Hindistanlı dünya çempionu Vişvanatan Anand, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və Norveç Şahmat Federasiyasının prezidenti Joran Aulin-Jansson növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.

Milli.Az


Etiketlər:  Mahir Məmmədov FİDE nin vitse prezidenti seçildi


RƏYLƏR