Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2022 15:46
"Rusiyanın hərbi rəhbərliyində ciddi dəyişikliklər edilir. Buna səbəb Rusiya ordusunun Ukraynadakı üzləşdiyi uğursuzluqlardır".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutundan bildirilib.
Qeyd olunub ki, Rusiya fevralın 24-də Ukraynaya müdaxilə edəndən bəri ən azı 6 rusiyalı komandan vəzifəsindən azad edilib: "Ukraynadakı ordusunun uğursuzluqları səbəbindən Rusiya hərbi rəhbərliyi böyük dəyişikliklərə məruz qalıb. Vəzifəsindən azad olunanlar arasında Şərq Hərbi Dairəsinin komandanı general-polkovnik Aleksandr Çayko, həmçinin Qərb Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Juravlev də var".
Məlumata görə, aprel ayından Ukraynada Rusiya ordusuna komandanlıq edən general Aleksandr Dvornikov sıradan çıxarılıb: "Artıq ordu generalı Sergey Surovikin Ukraynada qoşunların "cənub qruplaşması"na rəhbərliyi öz üzərinə götürüb. Rusiya komandalıq strukturunda ahəngdarlığın olmaması və hərbi rəhbərlikdəki dəyişikliklər Ukraynadakı əməliyyatların ümumi effektivliyinə təsir edir".