Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hacı Əliyev ilk görüşdə qələbə qazandı

Hacı Əliyev ilk görüşdə qələbə qazandı

Tarix: 10 Avqust 2022 14:34

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında keçirdiyi ilk görüşündə qələbə qazanıb.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, üçqat Avropa və üçqat dünya çempionu olan idmançımız iranlı Murteza Hassan Alini məğlub edib. 

65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz görüşdə hesabda geridə olmasana baxmayaraq 8:4 hesabı ilə əzmkar qələbə qazanıb. Beləliklə, H. Əliyev yarımfinala vəsiqə əldə edib.


Etiketlər:  Hacı Əliyev görüşdə qələbə qazandı


RƏYLƏR