Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Neftçi” avrokuboklarla vidalaşdı – YENİLƏNİB

“Neftçi” avrokuboklarla vidalaşdı – YENİLƏNİB

Tarix: 12 Avqust 2022 01:08

"Neftçi" növbəti avrokubok oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycan vitse-çempionu konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçına çıxıb.

Laurentsiu Regekampfın yetirmələri Avstriyada "Rapid"lə üz-üzə gəlib. Bakıda rəqibini 2:1 hesabı ilə məğlub edən "ağ-qaralar" Vyanada çətin sınağa çıxıb.

Görüşün 90 dəqiqəsində bir qol vurulub. Bu, ikinci hissənin ortalarına təsadüf edib. Meydan sahibləri Marko Qrüllün qoluna sevinib. Ümumi hesabda tarazlıq yarandığı üçün cütün taleyi əlavə vaxtda həll olunub. Ferdi Druyfun qolu "Rapid"i pley-offa daşıyıb. "Neftçi" isə avrokuboklarla vidalaşıb. 

Qeyd edək ki, pley-offa yüksələn "Rapid" qrup mərhələsinin bir addımlığında "Vaduts"la görüşəcək. Bu raundun görüşləri avqustun 18-də və 25-də baş tutacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
11 avqust
22:30. "Rapid" (Avstriya) - "Neftçi" (Azərbaycan) - 2:0 (əlavə vaxtda)

Qollar: Marko Qrüll, 67, Ferdi Druyif, 113

"Rapid": 45. Niklas Hedl, 6. Kevin Vimmer, 20. Maksimilian Hofmann (k), 13. Torsten Şik, 9. Qvido Burqştaller, 27. Marko Qrüll, 22. Martin Kostselnik, 29. Ante Bayiç, 24. Patrik Qrayl, 34. Nikolas Sattlberger,  7. Nikolas Gerrit-Kün
Ehtiyat oyunçular: 21. Bernhard Unger, 25. Paul Qartler, 8. Kristof Knasmüllner, 39. Rene Krivak, 43. Leopold Querfeld, 23. Yonas Auer, 19. Mixael Sollbauer, 28. Morits Osvold, 41. Bernhard Zimmerman, 5. Roman Kersbaum, 10. Yusuf Demir, 38. Ferdi Druyif
Baş məşqçi: Ferdinand Feldhofer

"Neftçi": 1.İvan Brkiç, 3.Mamadu Mbodj, 4.Solomon Kvirkveliya, 6.Voislav Stankoviç, 19.Azər Salahlı, 8.Emin Mahmudov (k), 14.Eddi İsrafilov, 23. Ataa Caber, 5.Kenni Sayef, 24.Yusuf Laval, 11.Qodsvey Donyo
Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 2. Mert Çelik,  7.Azər Əliyev, 16.Gilyerme Pato, 17.Rəhman Hacıyev, 20.Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26.Ömər Buludov, 27.Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82.Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Reqekampf

Baş hakim: Rahit Saqqi (Norveç)
Vyana. "Veststadion"
İlk oyun - 1:2

00:36

Konfrans Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

22:30. "Rapid" (Avstriya) - "Neftçi" (Azərbaycan) - 2:0 (Əlavə vaxt, ikinci hissə)

Qol: Qrüll, 67, Dreyf, 113
Baş hakim: Rahit Saqqi (Norveç)
Vyana. "Veststadion"
İlk oyun - 1:2

00:21

Konfrans Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

22:30. "Rapid" (Avstriya) - "Neftçi" (Azərbaycan) - 1:0 (İkinci hissə)

Qol: Qrüll, 67
Baş hakim: Rahit Saqqi (Norveç)
Vyana. "Veststadion"
İlk oyun - 1:2

00:02

Konfrans Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

22:30. "Rapid" (Avstriya) - "Neftçi" (Azərbaycan) - 1:0 (İkinci hissə)

Qol: Qrüll, 67
Baş hakim: Rahit Saqqi (Norveç)
Vyana. "Veststadion"
İlk oyun - 1:2

11.08.2022

23:02

Konfrans Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

22:30. "Rapid" (Avstriya) - "Neftçi" (Azərbaycan) - 0:0 (Birinci hissə)
Baş hakim:
 Rahit Saqqi (Norveç)
Vyana. "Veststadion"
İlk oyun - 1:2

21:56

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki,  Azərbaycan vitse-çempionu "Neftçi" də cavab oyununa çıxacaq.

Laurentsiu Regekampfın yetirmələri Avstriyada "Rapid"lə üz-üzə gələcək. Ötən həftə Bakıda 2:1 hesablı qələbə qazanan "ağ-qaralar" üstünlüyünü qorumağa çalışacaq.

Matç Vyanadakı "Veststadion"da təşkil olunacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, bakılılar bu turu adlasa, "Vaduts" - "Konyaspor" cütünün qalibi ilə qarşılaşacaq.  Pley-off avqustun 18-də və 25-də keçiriləcək.

Konfrans Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
11 avqust
22:30. "Rapid" (Avstriya) - "Neftçi" (Azərbaycan)

"Rapid": 45. Niklas Hedl, 6. Kevin Vimmer, 20. Maksimilian Hofmann (k), 13. Torsten Şik, 9. Qvido Burqştaller, 27. Marko Qrüll, 22. Martin Kostselnik, 29. Ante Bayiç, 24. Patrik Qrayl, 34. Nikolas Sattlberger,  7. Nikolas Gerrit-Kün
Ehtiyat oyunçular: 21. Bernhard Unger, 25. Paul Qartler, 8. Kristof Knasmüllner, 39. Rene Krivak, 43. Leopold Querfeld, 23. Yonas Auer, 19. Mixael Sollbauer, 28. Morits Osvold, 41. Bernhard Zimmerman, 5. Roman Kersbaum, 10. Yusuf Demir, 38. Fredi Drujif
Baş məşqçi: Ferdinand Feldhofer

"Neftçi": 1.İvan Brkiç, 3.Mamadu Mbodj, 4.Solomon Kvirkveliya, 6.Voislav Stankoviç, 19.Azər Salahlı, 8.Emin Mahmudov (k), 14.Eddi İsrafilov, 23. Ataa Caber, 5.Kenni Sayef, 24.Yusuf Laval, 11.Qodsvey Donyo
Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 2. Mert Çelik,  7.Azər Əliyev, 16.Gilyerme Pato, 17.Rəhman Hacıyev, 20.Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26.Ömər Buludov, 27.Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82.Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Reqekampf

Baş hakim: Rahit Saqqi (Norveç)
Vyana. "Veststadion"
İlk oyun - 1:2

08:20

"Neftçi" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

"Ağ-qaralar" Avstriyada "Rapid" (Vyana) klubunun qonağı olacaq.

"Allianz" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Meydan sahiblərində serbiyalı müdafiəçi Aleksa fPeyiç cəzalı olduğu üçün matçı buraxacaq. "Neftçi"də isə itki yoxdur.

Qeyd edək ki, ki, Bakıdakı ilk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Lixtenşteyndəki ilk oyunda qalib müəyyənləşməyib - 1:1.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunu

11 avqust

22:30. "Rapid" (Vyana, Avstriya) - "Neftçi" (Azərbaycan)

Hakimlər: Rohit Saqqi, Qeyr İsaksen, Morten Yensen, Sivert Öksnes Amland (hamısı Norveç)

Vyana, "Allianz" stadionu

Milli.Az


Etiketlər:  Neftçi avrokuboklarla vidalaşdı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ