Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi"nin pley-offdakı potensial rəqibi dəqiqləşdi

Tarix: 11 Avqust 2022 23:04

Konfrans Liqasının pley-off mərhələsində "Neftçi" - "Rapid" cütünün qalibinin potensial rəqibləri olan "Konyaspor" (Türkiyə) və "Vaduts" (Lüksemburq) komandaları 3-cü mərhələnin cavab oyununa çıxıb.

Matç Lixtenşteyn klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə 1:1 hesablı bərabərlik qeydə alındığından "Vaduts" pley-offa yüksəlib və "Neftçi" üçün potensial rəqib olub.

"Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) - 2:4
Qollar: Quilherme, 18 (1:0), Sasere, 28 (1:1), Sutter, 31 (1:2), Kikek, 67 (1:3), Kasser, 89 (1:4), Hadziahmetoviç, 90+5 (2:4)

Qeyd edək ki, "Neftçi" Bakıdakı görüşdə "Rapid"ə 2:1 hesabı ilə qalib gəlib. Hazırda Vyanada keçirilən oyunda isə hesab açılmayıb.

Milli.Az


Etiketlər:  Neftçinin pley offdakı potensial rəqibi dəqiqləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ