Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Uşaqlarımızı götürüb ailəliklə bu ölkədən qaçırıq” - Ermənistan vətəndaşı

“Uşaqlarımızı götürüb ailəliklə bu ölkədən qaçırıq” - Ermənistan vətəndaşı

Tarix: 13 Avqust 2022 19:38

"Uşaqlarımızı götürüb ailəliklə bu ölkədən qaçırıq".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ermənistanın "5 TV Channel" televiziyasının İrəvandakı "Zvartnost" aeroportundan hazırladığı reportajda ölkə vətəndaşı Aşot deyib.

Aeroportdakı insanların böyük əksəriyyətinin bir daha geri qayıtmayacağına əminliyini bildirən Aşot yerli statistikanı diqqətlə izlədiyini deyərək qeyd edib: "Ötən bir ay ərzində Ermənistanı həmişəlik tərk etmiş insanların sayı 4 mindən çox olub".

Aparıcının "Daimi yaşayış və iş yeri müəyyənləşdirilibmi" sualına cavabında Aşot vurğulayıb ki, ona və ailəsinə, ilk növbədə, bu ölkəni tərk etmək daha vacibdir, yaşayış və iş yerləri sonrakı məsələlərdir. Niyə bu cür qərar qəbul etdiyi ilə bağlı suala cavab verən Ermənistan vətəndaşı ölkənin perspektivsizliyinə əmin olduqdan sonra bu addımı atdıqlarını bildirib. O deyib:

"Ölkənin 70 faizi çıxıb gedib və onları heç kim qınaya bilməz. Ermənistanda perspektivli nə var? Bircə nəfər barmağını qatlayıb nəyisə göstərə bilməz".

Xatırladaq ki, 2020-ci ildə 44 günlük Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra ölkəni bürüyən emiqrasiya dalğası bugünkü Ermənistan ictimaiyyətində ən çox müzakirə olunan məsələlərdən biridir.


Etiketlər:  Uşaqlarımızı götürüb ailəliklə ölkədən qaçırıq Ermənistan vətəndaşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ