Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rüşdiyə hücum edən şəxs SEPAH-la əlaqədə olub? - İddia

Rüşdiyə hücum edən şəxs SEPAH-la əlaqədə olub? - İddia

Tarix: 15 Avqust 2022 18:02

Salman Rüşdiyə hücumda ittiham olunaraq həbs edilən 24 yaşlı Hadi Matar sosial şəbəkələr vasitəsilə SEPAH-ın Qüds qanadı ilə birbaşa əlaqədə olub.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vice" xəbər agentliyi kəşfiyyat rəsmilərinə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, Hadi Matar Salman Rüşdiyə hücumdan öncə də Qüds Qüvvələri ilə əlaqə yaradıb.

Avropadakı xüsusi xidmət orqanlarından biri agentliyə açıqlamasında deyib ki, Salman Rüşdiyə edilən hücum başqaları tərəfindən idarə olunmuş şəkildə həyata keçirilib.

Yəni belə hücumlarda hər hansı bir kəşfiyyat xidməti özü heç bir müdaxilə etmədən başqa birini hücumu həyata keçirməyə sövq edir.


Etiketlər:  Rüşdiyə hücum edən şəxs SEPAH əlaqədə olub İddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ