Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2022 22:12
"Pley-off oyununu səbirsizliklə gözləyirəm. Çünki əvvəllər heç vaxt belə bir görüşün iştirakçısı olmamışam".
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının futbolçusu Lukaş Kalvah Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçı barədə danışarkən deyib.
27 yaşlı yarımmüdafiəçi qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəklərinə inandığını bildirib: "Azarkeşlərimizlə birlikdə buna nail ola bilərik. Həqiqətən istədiyimiz və uğrunda mübarizə apardığımız böyük uğura iki görüş qaldı".
Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.