Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngdən sağalan aktrisanın yeni görüntüsü - FOTOlar

Xərçəngdən sağalan aktrisanın yeni görüntüsü - FOTOlar

Tarix: 18 Avqust 2022 18:25

Süd vəzi xərçənginə qalib gələn tanınmış türkiyəli aktrisa Canan Ergüderin yeni fotoşəkilləri yayılıb.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, çətin günlərini geridə qoyan aktrisa Bodrumda oğlu Demirlə birgə istirahət edərkən görüntülənib. Bir müddət əvvəl xəstəliyi səbəbindən kimyaterapiya alan və saçları tökülən C. Ergüderin artıq saçlarının da çıxdığı görünür.

Aktrisa kimyaterapiya və radioterapiya müalicəsindən sonra sağlamlığına qovuşub.

Qeyd edək ki, C. Ergüder 2017-ci ildən aktyor Kənan Ece ilə evlidir. Cütlüyün Demir adlı oğlu var.


Etiketlər:  Xərçəngdən sağalan aktrisanın yeni görüntüsü FOTOlar


RƏYLƏR