Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində daşqınlar: 23 nəfər öldü

Çində daşqınlar: 23 nəfər öldü

Tarix: 20 Avqust 2022 08:22

Çinin şimal-qərbində baş verən daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hazırda ölü sayı 23 nəfər təşkil edir. Daha 8 nəfərin itkin düşdüyü bildirilir.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, son 24 saat ərzində 23 nəfər xilas edilib. Təbii fəlakət zonasında 6,2 mindən çox insan olub.

Bölgəyə avqust ayında son 50 ilin orta göstəricisindən yüksək yağıntılar düşüb.


Etiketlər:  Çində daşqınlar nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ