Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düyü qadın sağlamlığı üçün önəmlidir!

Düyü qadın sağlamlığı üçün önəmlidir!

Tarix: 20 Avqust 2022 19:48

Fol turşusu, dəmir və lif: düyünün sağlamlığa inanılmaz faydaları...

Günümüzdə qadınların əməl etdikləri diyetlərin ürək xəstəlikləri, müəyyən xərçəng növləri və buna bənzər bir çox problemləri ehtiva edən xronik xəstəliklərin qarşısının alınmasına yardımçı olduğunu təsdiq edən, qadınlara yönəlmiş bir çox yeni araşdırmalar mövcuddur. ABŞ Düyü Federasiyası aparılan araşdırmalar nəticəsində düyünün hər yaşda qadının sağlamlığı üçün böyük əhəmiyyət kəsb edən fol turşusu və dəmir kimi qida elementlərinə malik, lifli bir qidalandırıcı diyet tərkibi olduğunu bildirir.

Qidalanma üzrə tədqiqatçılar aşağı karbohidrat diyeti dəbinin qadınların folat səviyyələrinin azalması səbəblərindən biri olduğuna diqqət çəkir. Qadınlar eyni zamanda bədəndəki dəmir azlığının səbəb olduğu dəmir anemiyasına da meyillidir. Dəmirin miqdarı kifayət qədər olmadıqda bədən qırmızı qan hüceyrələri üçün yetərli hemoqlobin istehsal edə bilmir. Anemiyanın bu ən çox yayılmış şəkli ABŞ-da qadınların təxminən beşdə birinə və hamilə qadınların yarısına təsir edir. Bu xəstəlik yorğunluq və gücsüzlükdən nəfəs darlığına, baş ağrılarına və ya konsentrasiya itkisinə qədər müxtəlif əlamətlərlə özünü göstərir.

Amerika Diyet Dərnəyinin Qadın Sağlamlığı və Reproduktiv Qidalanma üzrə rəhbəri, diyetoloq Jeanne Blankenshipin fikrincə, ABŞ-da yaşayan qadınların çoxu hələ də gündəlik dəmir və fol turşusu ehtiyaclarını qarşılaya bilmir, halbuki bunlar qadınlar üçün kritik önəm daşıyan iki qida maddəsidir. Düyü qadınlara fol turşusu qəbulu üçün mükəmməl vasitədir. Düyü yağsız ət və az yağlı süd məhsulları, meyvələr, qoz-fındıq və tərəvəzlər kimi qarniri olduğu bir çox qidalara qida elementləri, tutarlılıq və ləzzət qatır.

Yaşam prosesində fol turşusu

Bəzi tədqiqatçılar tərəfindən fol turşusunun eyni zamanda infarkt və beyin qanaması daxil olmaqla ürək xəstəliklərində bir risk faktoru olduğunu göstərən qan homosistein səviyyəsinin aşağı salınmasına da yardımçı olduğu qeyd edilir. Amerika Ürək Dərnəyinin nəşri olan "Circulation"da dərc olunan araşdırma  fol turşusunun zənginləşdirilməsinin beyin qanamasından qaynaqlanan ölüm hallarının azaldılmasında effektiv dərəcədə təsirli olduğunu təsdiq edir. Daha yaxın zamanda aparılan araşdırmalarda isə fol turşusunun yumurtalıq xərçəngi və Alzheimer da daxil olmaqla müəyyən xərçəng növlərinin qarşısının alınmasında təsirini göstərdiyi irəli sürülür.


Etiketlər:  Düyü qadın sağlamlığı üçün önəmlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ