Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2022 23:42
Fransa prezidenti Emmanuel Makron gələn həftə Əlcəzairə səfər etməyi planlaşdırır.
Bu barədə Yelisey sarayı məlumat yayıb.
Makron Əlcəzair prezidenti Əbdülməcid Tebbunun dəvətini qəbul edib. Bu, Makronun Parislə sıx işgüzar əlaqələri olan şimali Afrika ölkəsinə ikinci rəsmi səfəri olacaq.
Qeyd edək ki, Avropa İttifaqı Rusiyadan gələn təbii qazın azalması fonunda böyük təbii qaz ehtiyatlarına malik Əlcəzair ilə əlaqələri gücləndirməyə çalışır.