Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qəbələ''nin taleyi kubokdan asılı deyil'' - Fariz Nəcəfov

''Qəbələ''nin taleyi kubokdan asılı deyil'' - Fariz Nəcəfov

Tarix: 1 May 2019 19:52

"Qəbələ"nin prezidenti Fariz Nəcəfov Azərbaycan kubokunun 1/2 final mərhələsinin  "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.

- Gözləyirdik ki, maraqlı oyun keçəcək. Belə də oldu. Komandamı təbrik edirəm. Həmişə axıra kimi gəlsək də, son nöqtəni qoya bilmənişik. Ümid edirəm ki, finalda daha yaxşı oyun göstərib qələbə qazanacağıq.

- 2 top buraxandan sonra komandanıza inanırdınız?

- Həmişə komandama axıra kimi inanmışam. Bütün nəticələrdə, uduzsaq da, udsaq da, hər zaman inanmışam. İnanmasaq, onda, işimizi davam etdirməyin məqsədi, mənası olmur.

- Finalda kimi görmək istəyərdiniz?

- Fərqi yoxdur.

- Finalın Naxçıvanda keçirilməsinə münasibətiniz necədir?

- Artıq qərar qəbul olunub. Bununla bağlı nəsə deməyim yanlış olar. Əvvəlcədən fikrimiz soruşulmayıb. Ona görə də, harada olmağından asılı olmayaraq, matça maksimum hazırlaşmalıyıq.

- "Qəbələ" kuboku qazansa, gələn mövsüm iddialarını saxlaya bilər? Büdcənin azaldılacağı, komanda iddiasını itirəcək kimi söhbətlər var.

- Bu barədə heç nə danışa bilmərəm. Kubokun və ya çempionatın bizim qərarlarımıza heç bir təsiri olmayacaq. Əvvəlcədən planlaşdırdığımız kimi gedirik. Komandanın gələcək taleyi ilə də bağlı yaxın günlərdə açıqlama veriləcək.

 


Etiketlər:  Qəbələnin taleyi kubokdan asılı deyil Fariz Nəcəfov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ