Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2022 00:32
Yeni dərs ilinin başlanmasına bir aydan da az vaxt qalıb. Valideynlər üçün əsas məsələlərdən biri övladlarına məktəbli ləvazimatları almaqdır. Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə uyğun olaraq paytaxtda bəzi metrostansiyaların yaxınlığında məktəbli yarmarkaları qurulur.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Bakıda bəzi metrostansiyaların çıxışında məktəbli yarmarkaları fəaliyyətə başlayıb.
Yarmarkalar Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə əsasən əhalinin sıx olduğu yerlərdə yaradılıb. Məqsəd yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir.
Çadır tipli yarmarkaların sentyabrın 25-ə qədər fəaliyyət göstərəcəyi bildirilir
Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, qiymətlərə və xidmətə nəzarət ediləcək.