Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' Çexiyaya getdi

''Qarabağ'' Çexiyaya getdi

Tarix: 22 Avqust 2022 11:32

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə cavab oyunu üçün Çexiyaya gedib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanı Praqa şəhərinə aparan təyyarə artıq Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüb.

Bu gün Bakı vaxtı ilə 21:30-da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 22:00-da matçın keçiriləcəyi Plzen şəhər stadionunda "Qarabağ"ın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, avqustun 23-ü keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bakıdakı ilk matç 0:0 hesabı ilə yekunlaşıb.

Milli.Az


Etiketlər:  Qarabağ Çexiyaya getdi


RƏYLƏR