Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Facebook” fikrin gücü ilə kompüteri idarə etməyə imkan verən proqram hazırlayan startapı satın alıb

“Facebook” fikrin gücü ilə kompüteri idarə etməyə imkan verən proqram hazırlayan startapı satın alıb

Tarix: 26 Sentyabr 2019 17:24

“Facebook” şirkəti beyindən göndərilən impulsların köməyi ilə kompüterləri idarə etməyə imkan  verən proqram təminatının hazırlanması ilə məşğul olan “CTRL-Labs” startapını satın alıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, şirkətin hazırlamalarından biri beyin siqnallarını oxuyan qolbaqdır. Məsələn, belə qolbaq sahibləri klaviaturadan istifadə etmədən kompüterdə mətn çap edə biləcəklər.
 
Məlumata görə, bu texnologiya gələcəkdə smartfonlara tətbiq edilə və virtual reallıq eynəyi ilə birgə istifadə edilə bilər.
 
Emil Hüseynov



Etiketlər:  Facebook fikrin gücü ilə kompüteri idarə etməyə imkan verən proqram hazırlayan startapı satın alıb


RƏYLƏR