Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Şərqi Zəngəzurun Naxçıvanla birləşdirilməsi Orta Dəhlizin tərkib hissəsi olacaq

Prezident İlham Əliyev: Şərqi Zəngəzurun Naxçıvanla birləşdirilməsi Orta Dəhlizin tərkib hissəsi olacaq

Tarix: 24 Avqust 2022 19:18

Şərqi Zəngəzurun Naxçıvanla birləşdirilməsi Orta Dəhlizin tərkib hissəsi olacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu avqustun 24-də Qazaxıstanla sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Bu gün biz nəqliyyat-logistika sahələri haqqında ətraflı danışdıq və hökumətin üzvlərinə əlaqələri intensivləşdirmək barədə müvafiq tapşırıqlar verdik. Çünki ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq.

Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq. Mən işğaldan azad edilmiş ərazilərdə gördüyümüz işlər barədə Kasım-Jomart Kemeleviçi məlumatlandırmışam".


Etiketlər:  Prezident İlham Əliyev Şərqi Zəngəzurun Naxçıvanla birləşdirilməsi Orta Dəhlizin tərkib hissəsi olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ