Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2019 00:24
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sevilya" La Liqada növbəti oyuna çıxıb.
Qol.az-ın məlumatına görə, Xulen Lopeteqinin komandası 6-cı turda səfərdə "Eybar"la qarşılaşıb və 2:3 hesabı ilə uduzub.
"Eybar" - "Sevilya" - 3:2
Qollar: Okampos, 11 (0:1), Torres, 33 (0:2), Orellana, 66-pen (1:2), Leon, 77 (2:2), Anxel, 82 (3:2)
6 oyundan "Sevilya" 10 xalla 7-ci pillədə, "Eybar" 5 xalla 16-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 14 xalla "Real" başçılıq edir. "Atletiko" 13 xalla 2-ci, "Atletik" 12 xalla 3-cüdür.