Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2022 08:00
Rusiya sülhməramlılarının Laçın dəhlizindəki postları sökülür: ilkin razılaşmalara görə,25 avqustdan sülhməramlılar yeni yola keçməli, Laçın şəhəri, Zabux və Sus kəndləri və artıq keçmiş sayılacaq dəhliz üzərindəki ərazilər Azərbaycana təhvil verilməlidir.
Lakin Laçındakı önəmli və strateji infrastruktur obyektlərinin təhvil-təslim prosesi sentyabrın 1-dək davam edə bilər.
Bununla belə, təbii ki, əsas məsələ yeni yola "dəhliz" statusunun verilib-verilməməsidir.
Bakının "dəhliz" statusu ilə bağlı razılaşmadığına dair bəlli informasiyalar mövcuddur.
Bəlli ki, Azərbaycan tərəfi yeni yola "dəhliz" statusunun verilməsi məsələsindən öncə razılaşmanın 4-cü bəndinin - erməni qoşunların Qarabağdan çıxarılmasının icra edilməsini, həmçinin, separatçıların qondarma "müdafiə ordusu"nun tamamilə ləğv edilməsini tələb edir. Bu tələblər yerinə yetirildiyi təqdirdə yeni yolun "dəhliz" statusu müzakirə edilə bilər.
Əks təqdirdə hazırda Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdəki erməni silahlı birləşmələrinin zərərsizləşdirilməsi üçün antiterror əməliyyatı istisna deyil.