Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2022 15:32
Egey dənizi üzərində NATO əməliyyatları çərçivəsində missiyasını yerinə yetirən 2 Türk F-16-ları Yunanıstana aid F-16-lar tərəfindən kiberhücuma məruz qalıblar.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə yerli mətbuata Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrdən bildirilib.
Məlumata əsasən, yunan təyyarələri Türk Havva Qüvvələrinə aid iki F-16-nın radar sisteminə müdaxilə edərək bloklayıblar.
Qeyd edək ki, bu, həftə ərzində ikinci belə təxribatdır. Türkiyə Milli Müdafiə Nazirliyi artıq NATO rəsmilərinə hadisə ilə bağlı müraciət edib.