Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2022 22:10
Avropa İttifaqı (Aİ) Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasında vəziyyətin "son dərəcə narahatedici" olduğunu bildirib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell açıqlama verib.
Vəziyyəti "son dərəcə narahatedici" kimi xarakterizə edən Borrell vurğulayıb ki, Rusiya zədələnmiş elektrik xətlərinin təmirini və stansiyanın Ukrayna enerji sisteminə tam qoşulmasını təmin etməlidir.
Borrell həmçinin bəyan edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssislərinin obyektə getməsinə icazə verilməlidir.
Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.