Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2022 09:00
Portuqaliyanın Lissabon və Portu şəhərlərində həftə sonu üçün 150 reys ləğv edilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, buna səbəb aeroport işçilərinin tətil elan etməsidir. Aksiya ölkənin digər hava limanlarının da işinə mənfi təsir göstərib. Etirazçılar məvaciblərinin dərhal artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.