Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2019 11:28
“Yuventus”un hücumçusu Kriştiano Ronaldo komandası ilə ümumi məşqlərə başlayıb.
Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
Portuqaliyalı hücumçu əzələ zədələnməsi səbəbindən sentyabrın 24-ü “Breşiya” ilə A seriyasının 5-ci turunun matçını (2:1) buraxmalı olmuşdu.