Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2022 03:24
Aktyor Arnold Şvartseneggerin keçmiş həyat yoldaşı, ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı qızı Mariya Şrayverin makiyajsız görünməsi internet istifadəçilərini qorxuya salıb.
Sonxeber.net bildirir ki, müvafiq məlumatı Daily Mail yayıb.
Qeyd olunur ki, 66 yaşlı qadın Los-Ancelesdə gəzinti zamanı üzərinə dar köynək geyindiyi zaman yaxalanıb. Eyni zamanda, Şrayverin üzünə kosmetika sürtmədiyi və saçının səliqəsiz yığılması aydın görünüb.
Görüntülər Twitter-də diqqət çəkib. İstifadəçilər amerikalının xarici görünüşünü plastik əməliyyatlarla korladığı qənaətinə gəlib və onu kərtənkələ ilə müqayisə ediblər. "O, üzünə nə etdi? Dəhşət", "Niyə insanlar ləyaqətlə qocalmırlar? Onlar qaçılmaz olanı gecikdirməyə çalışırlar və nəticədə daha pis görünürlər", "O nə etdi?", "Bu doğru ola bilməz", "Çox botoks vurub", "Kərtənkələ", "Sürünən", "Demon", - istifadəçilər yazıb.
İrfan Vəliyev