Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2022 10:18
Liviyanın paytaxtı Tripolidə baş verən silahlı toqquşmalarda azı 12 nəfər ölüb, 87 insan yaralanıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına grə, Liviya Milli Birlik Hökumətinin rəhbəri Abdelhamid Dbeyba ilə parlament tərəfindən seçilən Baş nazir Fəthi Başaqa bağlı qruplar arasında toqquşmalar başlayıb.
Səhər saatlarında şəhərin mərkəzində intensiv atışma olub.
Bu həftə parlament tərəfindən seçilən Baş nazir Fəthi Başaq Liviya Milli Birlik Hökumətinin rəhbərinə məktub göndərərək, ölkədə qan tökülməsinin qarşısını almaq üçün istefa verməsini tələb edib.
Öz növbəsində Dbeyba Tripolidə hakimiyyətə iddialı olan Başaqa diqqətini seçkilərdə iştiraka yönəltməyi tövsiyə edib.