Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FHN-nin təyyarəsi qəza enişi etdi

FHN-nin təyyarəsi qəza enişi etdi

Tarix: 28 Avqust 2022 19:46

Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarədə texniki problem yaranıb.

Bu barədə Milli.Az FHN-ə istinadla xəbər verir.

Bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib.

Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Milli.Az


Etiketlər:  təyyarəsi qəza enişi etdi


RƏYLƏR