Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-ın birinci xanımı koronavirusdan sağalıb

ABŞ-ın birinci xanımı koronavirusdan sağalıb

Tarix: 30 Avqust 2022 08:16

ABŞ-ın birinci xanımı Cill Baydenin koronavirus testi mənfi çıxıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, birinci xanımın COVID-19 üçün testi mənfi olub və o, avqustun 30-da Vaşinqtona qayıdacaq.

ABŞ-ın 71 yaşlı birinci xanımının koronavirusa yoluxması avqustun 16-da məlum olub. Ağ Evin mətbuat xidməti qeyd edib ki, Cill Bayden tam peyvənd olunub o, xəstəliyin yüngül əlamətlərini keçirib.

Ötən çərşənbə günü onun koronavirus testinin nəticəsi yenidən müsbət olub.

Daha əvvəl Cozef Bayden də koronavirusa yoluxub.

ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birincidir.

Milli.Az


Etiketlər:  ABŞ ın birinci xanımı koronavirusdan sağalıb


RƏYLƏR