Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2022 17:15
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfəri çərçivəsində qardaş ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və digər dövlətlərdən olan həmkarları ilə birgə universitetin "Şərəf kitabı"nı imzalayıb.
Sonra qonaqlara Zəfər Bayramının 100-cü ildönümü münasibətilə təşkil olunan konsert proqramı təqdim edilib.