Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2022 08:22
Argentina polisi vitse-prezident Kristina Fernandes de Kirşnerə silah tuşlayan şəxsi həbs edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Cinco Noticias" kanalı məlumat yayıb.
Hadisə Fernandes de Kirşner evinin qarşısında avtomobildən çıxarkən baş verib. Kadrlardan görünür ki, kütlənin içində dayanan kişi tapançanı vitse-prezidentin alnına dirəyir. O tətiyi çəksə də, silah açılmır.
Polis hadisəni törədən şəxsi həbs edib. Onun daha əvvəl odlu silah gəzdirdiyinə görə həbs edilmiş Braziliya vətəndaşı olduğu bildirilir.