Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Rus ordusunu bu yolla panikaya salmaq istəyirik"

Tarix: 2 Sentyabr 2022 17:26

"Biz tərəfdən atışmaların intensivliyi artıb. Rusiya ordusunun cənubda Xarkov, Melitopol istiqamətlərində maddi-texniki təminatı artıb. Biz bütün təchizatları, yəni mərmiləri, yanacaqları, dərmanları, döyüş sursatlarını mümkün qədər səmərəli şəkildə məhv etmək istəyirik".

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezdent Ofisi rəhbərinin müşaviri Mixail Podolyak ordunun itkiləri minimuma endirmək üçün uğurlu əks-hücum strategiyasından danışarkən deyib.

"Operativ-taktiki komandanlıqla birbaşa hərbi hissələr arasında əlaqəni kəsmək, anbarlara zərbələr endirmək və bununla rusların zərbəsinin intensivliyini azaldıb, onları panikaya salmaq istəyirik. Bu strategiya indi işə salınır", - Podolyak vurğulayıb.

Milli.Az


Etiketlər:  Rus ordusunu bu yolla panikaya salmaq istəyirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ