Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hovuzda maraqlı olay

Hovuzda maraqlı olay

Tarix: 2 Sentyabr 2022 20:30

ABŞ-ın Las-Veqas şəhərində bir kişi otelin hovuzunda çimmək qərarına gəlib və gözlənilmədən yaxınlıqda üzən oxşarı ilə qarşılaşıb.

Milli.Az bildirir ki, bu barədə "Metro" məlumat yayıb.

Şon Duglas Makardl, üzgüçülük zamanı bir qrup yad adamın ona barmaqların uzatdığını və güldüyünü gördüyünü söyləyib. Kişi çaşqın idi və məsələnin nə olduğunu dərhal anlamayıb. Ətrafa baxanda görüb ki, dostları da özlərini elə aparıblar - başqa bir üzənə baxıb gülməyə başlayıblar.

Makardl etiraf edib ki, o, dostlarını bu qədər əyləndirən şeyi görəndə şoka düşüb. Adam eyni kepka taxan oxşarını görüb. "Onu görəndə dərhal düşündüm: "Lənət olsun, bu oğlan güzgüdə gördüyüm adama bənzəyir. Sonra onun məndən daha yaxşı göründüyünü düşündüm", - deyə etiraf edib.

Üzən şəxs Reddit-də öz oxşarı ilə fotosunu paylaşıb. Paylaşıma 2000-dən çox şərh gəlib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Hovuzda maraqlı olay


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ