Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 08:54
ABŞ Dövlət Departamenti Tayvanla 1,1 milyard dollarlıq silah müqaviləsini təsdiqləyib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə cümə günü Pentaqonun strukturuna daxil olan müvafiq hökumət departamenti məlumat yayıb.
Qeyd olunur ki, söhbət təxminən 355 milyon dollar dəyərində 60 ədəd "AGM-84K Harpoon Block II" gəmi əleyhinə raketlərin və onunla əlaqəli avadanlıqların, həmçinin 100 ədəd "hava-hava" tipli "AIM-9X Block" raketinin satışından gedir.
Bundan əlavə, Tayvanla 655,4 milyon dollar dəyərində radar stansiyaları üçün müqavilənin uzadılmasına dair mümkün saziş təsdiqlənib.