Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yüksək doza B6 vitamini panik atak və təşvişdə faydalıdır

Yüksək doza B6 vitamini panik atak və təşvişdə faydalıdır

Tarix: 3 Sentyabr 2022 20:03

Yeni elmi tədqiqat, təşviş, həyəcan simptomlarını azaltmaq üçün B6 vitamini əlavəsinin təsirini araşdırıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, alimlər 478 nəfət təşviş pozuntulu və depressiyalı insan üzərində eksperiment aparıb.

B6 vitamini ilə əlavə terapiya sinir oyanıqlığı ilə tormozlanma arasında balansı düzənləyir.
B qrup vitaminlər beynin və sinir sisteminin finksiyası üçün vacibdir.

Müxtəlif sinir-psixi pozulmalar, depressiya və həyəcanda yüksək dozalı B6 əlavəsi təyin edilə bilər.

Tədqiqat göstərib ki, B6 narahatlıq, təşviş simptomlarını azaldıb.

O hətta depressiyanın da səviyyəsini azaldıb.

B6 vitamini qarabaşaq, qoz, fındıq, ispanaq, kök, kələm, pomidor, portağal, limon və avokadoda boldur.
Amma qidalarla az doza əldə olunur.

Milli.Az


Etiketlər:  Yüksək doza B6 vitamini panik atak təşvişdə faydalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ