Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 22:42
Avropa İttifaqının İqtisadiyyat üzrə komissarı Paolo Centiloni Birliyin Rusiyanın bloka qaz tədarükünü dayandırmaq qərarına cavab verməyə hazır olduğunu bəyan edib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə CNBC kanalı məlumat yayıb.
"Biz Rusiyanın imzalanmış müqavilələrə əməl edəcəyini gözləyirik, lakin Moskva bizim qərarlarımıza enerji silahı ilə cavab versə, Avropa İttifaqı buna da hazırdır", - deyə, Centiloni qeyd edib.
"Əlbəttə, biz enerjiyə qənaət etməliyik, enerjini bölüşməliyik, yüksək səviyyədə ehtiyatımız var və biz Putinin qərarlarından qorxmuruq. Biz Putindən öz müqavilələrinə hörmət etməsini xahiş etdik, lakin onlar imzaladıqları sazişlərə hörmət etməsələr, biz cavab verəcəyik", - deyə avropalı komissar əlavə edib. Lakin AB rəsmisi konkret hansı tədbirlərdən söhbət getdiyini açıqlamayıb.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın "Qazprom" şirkəti "Şimal axını" qaz kəmərinin tamamilə bağlandığını elan etmişdi.
Şirkətdən verilən məlumata görə, "Şimal axını"nın yeganə işləyən turbininə texniki qulluq zamanı "nasazlıqlar aşkarlanıb" və bu aradan qaldırılmadan qaz kəməri işləməyəcək.