Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2022 17:54
"31 avqust Brüsseldə keçirilən tarixi görüşdən sonra Şarl Mişelin bəyanatında aydın oldu ki, tərəflər arasında sülh danışıqları üçün razılığa gəlinib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Şarl Mişel bəyanatda bildirdi ki, sülh danışıqları üçün hər iki ölkənin xarici işlər naziriləri 1 ay müddətində görüşməli və sülh mətni hazırlanmalıdır: "Noyabrda yenidən ölkə rəhbərləri görüşərək Brüsseldə danışıqları davam etdirəcəklər. Eyni zamanda kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiya üçün lazım olan işlərin görülməsi barədə Brüsseldə danışıqlar aparıldı. Bununla əlaqədar bildirildi ki, əhali sülhə hazır olmalıdır. Azərbaycan əhalisi sülhə hər zaman hazırdır. Bu sözlər Ermənistana aid edilməlidir. Danışıqlardan sonra Ermənistana qayıdan baş nazir Paşinyan öz partiya yoldaşlarının iştirak etdiyi tədbirdə bildirdi ki, bəli, biz sülh müqaviləsi imzalamalıyıq və bunun üçün nə lazımdırsa edəcəyik. Hətta, Paşinyan bu ilin sonuna qədər sülhün bağlanmasına hazır olduqlarını da bildirib. Ancaq görünən odur ki, ciddi təxribatlar baş verir. Brüssel görüşlərindən sonra bizim mövqelərimiz Ermənistan tərəfindən Kəlbəcər və Laçın istiqamətində atəşə tutulmağa başlandı. Bunu da çox biabırçı vəziyyətdə təkzib etməyə çalışırlar. Ancaq Azərbaycan faktları ortaya qoyur".
Politoloq sözlərinə əlavə edərək qeyd etdi ki, sentyabrın 2-də dırnaq arası "Artsax"ın müstəqilliyinin il dönümünü təntənə ilə qeyd etdilər: "Ora qeyri-qanuni olaraq Ermənistanın rəhbər işçilərinin gəlməsi və Rusiya sülhməramlılarının buna göz yumması təxribat xarakterli daşıyan əməllərdir. Axı biz sülh danışıqların aparılması barədə danışırıq. Onlar isə bu cür qeyri-qanuni hərəkətlərlə təxribatlar edirlər. Ermənistan bu təxribatlara əl atmaq səbəbi isə xəbis millət olmasıdır. Zəfərimizdən sonra ermənilər məğlub olsalar da öz provakasiya xarakterli hərəkətlərindən davam etdirirlər. Qarabağda yaşayan ermənilərin status məsələsin ortaya atırlar. Lakin biz bunu dəfələrlə qeyd etmişik ki, heç bir statusdan söhbət gedə bilməz. Eyni zamanda Ermənistan tərəfi fəaliyyətini dayandırmış Minsk qrupunun həmsədrlərinin fəaliyyətini yenidən bərpa etməyə çalışırlar. Halbuki buna Rusiya və Azərbaycan dəfələrlə bəyan etdi ki, Minsk qrupu heç bir iş görməyib. Biz də bəyan etdik ki, Minsk qrupunun həmsədrləri 28 ildir ki, fəaliyyət göstərə bilmədilər. Sadəcə olaraq turist kimi gəlib gedirdilər. BMT-nin qərarlarını Azərbaycan ordusu hərb gücünə həyata keçirdi. Minsk qrupunun yenidən bərpa edilməsi yol verilməzdir. Bu sülh müqaviləsinin uzanmasına gətirib çıxara bilər. Bu gün Rusiyanın Vladivostok şəhərində VII Şərq İqtisadi Forumu keçirilir. Formunda iştirak edən Paşinyan qeyd etdi ki, sərhədlərin və kommunikasiyaların açılması üçün işlər görülür. Eyni zamanda Paşinyan vəziyyətin gərginləşməsi ilə bağlı fikirlərini bildirib. Səbəb isə Azərbaycan ordusu yenidən öz ərazisində anti-terror əməliyyatı keçirməsidir. Onlara görə erməni silahlılarının məhv olması Cənubi Qafqazda vəziyyəti gərginləşdirəcək. Vəziyyəti gərginləşməsinin Rusiyanın mühabirə aparması və başının qarışmasından aslı olduğunu Paşinyan bildirib. Yenə də təxribatçı bir çıxış edib. Eyni zamanda Brüsseldə əldə edilən razılıqdan sonra Rusiya siyasi rəhbərliyi qısqanclıqla yanaşdı .Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya çağırıldı. Onların müdafiə naziri isə ABŞ-a səfər edir. Biz bildirimişdik ki, ABŞ-da müəyyən qüvvələr xüsusən də erməni diasporası əlində alət olan beş senator Qarabağla bağlı çağırış etdi. Onlar Qarabağdakı ermənilərin suverenliyi barədə əllərinən gələni edəcəyini bildirdilər Bu da yenə təxribat xarakterlidir. Onlar " Artsax"ın xarici işlər naziri Babayanı ABŞ konqresinə dəvət ediblər. Ancaq ABŞ-ın dövlət departamenti açıqlama yaydı ki, onun gəlməsi bağlı məlumat yoxdur, biz tərəfindən çağrılmayıb. Yəni, ermənilər öz xarakterinə uyğun olaraq təxribatlarını davam etdirir. Azərbaycan öz diplomatiyası ilə Ermənistanı sülhə məcbur edəcək. Artıq bunu Avropa İttifaqı, Rusiya və bütün dünyanın digər güclü dövlətləri də dəstəkləyir ki, sülh müqaviləsi bağlansın . Ancaq bəzi qüvvələr sülhü geçikdirməkdə və sülhün bağlanmamasında maraqlıdırlar".