Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2022 08:04
Xəbər verdiyimiz kimi, "Xural" TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul alması barədə iddialar irəli sürülüb.
Sonxeber.net haqqin.az-a istinadən xəbər verir ki, həmin məbləğ artıq R.Məmmədovun ailəsinə qaytarılıb.
Bu barədə sözügedən saytın baş redaktoru Eynulla Fətullayev açıqlama verib:
"Rasim Məmmədovun ailəsi mənə pul köçürməsinin baş tutduğunu bildirdi. Üstəlik, pulu Əvəz Zeynallının adına Elçin Sadıqov özü köçürüb. Yeri gəlmişkən, sentyabrın 7-də saat 20:00 radələrində vəkilin özü məbləği qaytarıb. Hesab edirəm ki, vəkil əməlinin nəticələrindən qorxduğu üçün bu addımı atıb".