Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2022 10:00
"2020-ci il müharibəsindən sonrakı status-kvo təhlükə ilə doludur. Biz qeyri-müəyyən müddətə öldürülmək təhlükəsi altında qalmaq istəyirik, yoxsa münaqişəni həll etməliyik? Bunun üçün 30 ildir müharibə və hərbi toqquşmalar şəraitində yaşayan erməni və Azərbaycan xalqlarının yaralarını sağaltmaq, düşmənçiliyi dərinləşdirməmək lazımdır".
Sonxeber.net Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputatı Arsen Torosyan bildirib.
"Azərbaycanlılarla uzunmüddətli ədavət salmaq bizim üçün tələ olub. Biz nifrət oyatmamalıyıq. Dövlət əvvəlki illərdə iflasa uğradı, Qarabağın müstəqilliyinə nail ola bilmədi.
Ancaq bu fikir özünü aldatmaq idi. Qarabağın müstəqilliyinin tanınmaq şansı yoxdur və heç vaxt da olmayıb", - deputat vurğulayıb.