Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müğənni ona şər atan qohumunu məhkəməyə verdi

Müğənni ona şər atan qohumunu məhkəməyə verdi

Tarix: 9 Sentyabr 2022 10:45

Dünyaca məşhur müğənni, aktyor Riki Martin onu intim münasibətdə ittiham edən qohumuna qarşı 20 milyon dollarlıq iddia qaldırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Martinin dediyinə görə, nüfuzunu "öldürməyə" çalışan Dennis Yadiel Sançesə qarşı San-Xuanda məhkəməyə müraciət edib.

Daha əvvəl müğənninin qohumu sənətçinin ona psixoloji və fiziki təzyiq göstərdiyini iddia etmişdi. Martin qohumuna məhkəmədə qalib gəlib.

İfaçının sözlərinə görə, Sançes sosial şəbəkələrdə ona bir neçə dəfə məktub yazıb və nüfuzunu və adını məhv edəcəyi hədəsi ilə pul tələb edib. Daha sonra Martinin qohumu onun telefon nömrəsini "Instagram" səhifəsində yerləşdirib.

Martinin sözlərinə görə, o, qohumunun yalançı ittihamlarına görə milyonlarla dollarlıq sövdələşmələri itirib və indi azı 20 milyon dollar istəyir, həmçinin Sançesdən özü və ailəsi ilə hər hansı əlaqədən çəkinməsini tələb edir.

Milli.Az


Etiketlər:  Müğənni ona şər atan qohumunu məhkəməyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ