Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 13:02
Binəqədidə ağacı zədələyən şəxs cəzalandırılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.
O qeyd edib ki, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 47 C ünvanında ağacların kəsilməsi ilə bağlı Xidmətə daxil olan şikayət araşdırılıb: "Sözügedən əraziyə keçirilən baxış zamanı ağac kəsintisi faktının olmadığı, lakin tut ağacının gövdəsinin üst hissəsindən sərt budanaraq zədələndiyi müəyyən edilib. Araşdırma zamanı ağacın vətəndaş Fuad Qurbanov tərəfindən qanunsuz və düzgün budanmadığı aşkar olunub. Faktla bağlı akt tərtib edilib və F.Qurbanov barəsində qanunamüvafiq tədbir görülüb".