Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna Xarkovda 2 500 kv km-ə yaxın ərazini azad edib

Ukrayna Xarkovda 2 500 kv km-ə yaxın ərazini azad edib

Tarix: 10 Sentyabr 2022 13:30

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 2 500 kv km-ə yaxın ərazini Rusiya hərbçilərindən təmizləyib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, məlumatı UNIAN yayıb.

Bildirilib ki, Ukrayna hərbçiləri Kupyansk ətrafına çıxıb, İzyuma hücuma keçiblər. Məlumata görə, ukraynalılar Qruşevkanın şimalında Rusiyanın hərbi ehtiyat bazasına doğru hərəkətə başlayıb.

Bildirilib ki, Xarkov vilayəti istiqamətində Ukrayna qoşunlarının uğurlu əməliyyatına cavab olaraq Rusiya əraziyə əlavə qüvvə göndərir.

Milli.Az


Etiketlər:  Ukrayna Xarkovda 2 500 kv km ə yaxın ərazini azad edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ