Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 17:39
Fransa Azərbaycanın 5 erməni hərbçisini qarşı tərəfə təhvil verməsini alqışlayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
"Fransa Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan arasında 31 avqust 2022-ci ildə Brüsseldə keçirilmiş görüşün ardınca Azərbaycan tərəfindən saxlanılmış ermənilərin azadlığa buraxılmasını alqışlayır", - bəyanatda qeyd olunub.
Bəyanatda o da bildirilib ki, Fransa iki ölkə arasında bütün humanitar məsələlərin həll edilməsinə və regionda davamlı sülhün bərqərar olunmasına dəstəyini davam etdirəcək.